Azərbaycan Bolqarıstan vətəndaşı olan qardaşları İnterpol xətti ilə axtarışa verib - ednews.net

24 Yanvar, Bazar ertəsi

Azərbaycan Bolqarıstan vətəndaşı olan qardaşları İnterpol xətti ilə axtarışa verib

Cəmiyyət A- A A+

Azərbaycan hüquq-mühafizə orqanları Bolqarıstan vətəndaşı olan qardaşları beynəlxalq axtarışa verib.

EDNews.net xəbər verir ki, bu barədə məlumat İnterpolun saytında yerləşdirilib.

Bildiirlib ki, 23 yaşlı Gyurdzhan Stoyanov Angelov və 21 yaşlı Tezdzhan Stoyanov Angelovu mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmədə, külli miqdarda əmlak zəbt etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmədə, mütəşəkkil dəstə və ya cinayətkar təşkilat tərəfindən kompüter materiallarını qanunsuz mənimsəmədə təqsirləndirilir.

Onların saxlanılması üçün qırmızı bülletenlə İnterpola müraciət edilib.

Azərbaycan məhkəmələri tərəfindən hər iki şəxs təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində dövlətlərarası axtarış elan olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...