Mətbuat Şurası və Yazıçılar Birliyi “Azərbaycan dilindən düzgün istifadə: ədəbi-bədii mühit və media” mövzusunda birgə toplantı keçirib

Cəmiyyət 21:24 26.11.2021

Bu gün Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Yazıçılar Birliyinin birgə təşəbbüsü ilə “Azərbaycan dilindən düzgün istifadə: ədəbi-bədii mühit və media” mövzusunda toplantı keçirilib.

Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, dil hər bir xalqın mövcudiyyət göstəricisidir. Ona ehtiram yalnız mənəvi məsələ deyil, eyni zamanda məcburiyyətdir. Azərbaycan dilinin saflığına, onun yad təsirlərdən qorunmasına hər zaman həsssas yanaşılıb. Hələ ötən əsrin 50-ci illərindən məsələ ziyalıları düşündürüb, onlar mübarizə apararaq ana dilimizə hüquqi status verilməsinə nail olublar. Ə.Amaşov bu baxımdan Azərbaycanın 1978-ci il konstitusiyasına diqqət çəkib.

MŞ sədri müstəqillik illərində ölkəmizdə həyata keçirilmiş dil siyasətindən də söz açıb. O, ayrı-ayrı fərman və sərəncamlarda, dövlət proqramlarında məsələyə kifayət qədər həssas yanaşıldığını vurğulayıb. Şura sədri həmçinin rəhbərlik etdiyi qurumun yazılı mediada apardığı monitorinqlərə də diqqət çəkərək bildirib ki, MŞ qəzetlərdə və internet informasiya resurslarında ədəbi dilin norma və prinsiplərinin pozulması hallarını qruplaşdırıb. Bununla bağlı tədbirlər təşkil edərək yol verilmiş nöqsanları kütləvi informasiya vasitələrinin rəhbərlərinin nəzərinə çatdırıb. Ancaq demək olmaz ki, bu sahədə problemlər azdır, onların sayı kifayət qədərdir. “Bu gün burada hamımızın sevimlisi, dəyərli ziyalımız, yazıçı-publisist Seyran Səxavət özünün müşahidələrini təqdim edəcək. Seyran müəllim əsasən telekanallardakı dil pozuntularından söz açacaq. Amma biz bilirik ki, problemlər ümumilikdə mediaya aiddir. Yəni telekanallardakı mənfi hallar digər KİV-lər üçün də xarakterikdir”, - deyə Ə.Amaşov vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, yazıçı-publisist Seyran Səxavət ortaya kifayət qədər məhsuldar iş qoyub. Dil pozuntularına olduqca həssas yanaşıb. Onun diqqətə çatdıracağı məqamlarla tanışdır və həmin məqamlar aktual əhəmiyyət daşımaqdadır. R.Məcid həmçinin bildirib ki, Azərbaycan media məkanında dil səlistliyinin olması bütövlükdə cəmiyyətin ana dilindən düzgün istifadə vərdişlərinə yiyələnməsi baxımından əhəmiyyətlidir.

Yazıçı-publisist S.Səxavət çıxışında televiziya məkanında apardığı müşahidələr əsasında aşkara çıxardığı dil pozuntuları barədə geniş söhbət açıb. Problemləri konkret faktlarla sadalayan tanınmış yazıçı eyni xoşagəlməz halların demək olar, bütün telekanallar üçün səciyyəviliyini vurğulayıb. O, pozuntuların qorxunc mənzərə formalaşdırdığını qeyd edərək bu tendensiyanın ana dilinin gələcək varlığını şübhə altına ala biləcəyindən ehtiyatlandığını dilə gətirib, xoşagəlməz durumun aradan qaldırılması üçün təkliflər səsləndirib. Bu baxımdan tanınmış dilçilər və söz adamlarından ibarət qrupun yaradılmasının və həmin qrupun dil xətalarını mütəmadi şəkildə telekanal rəhbərlərinin diqqətinə çatdırmasının zəruruliyini önə çəkib.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzini direktoru, professor Sevinc Əliyeva bildirib ki, Azərbaycan dili özü sabitıiyini qoruyur, ancaq dilin ifadə formalarında fərqliliklərə rast gəlinməkdədir. Bu isə kifayət qədər düşündürücüdür. S.Məmmədova Azərbaycan dövlətinin həyata keçirdiyi dil siyasətinin müxtəlif tərəflərindən söz açaraq bildirib ki, qəbul edilmiş fərman və sərəncamlar, əhatəli proqramlar mövcud sahədəki tənzimləmələr üçün hüquqi baza rolunu oynamaqdadır.

S.Əliyeva Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin bu il telekanalların monitorinqi zamanı dörd mindən çox nöqsan aşkarladığını deyib. O, mənfi halların aradan qaldırıması üçün inzibati metodların tətbiqinin vaxtının çatdığını bildirib. Fikrini onunla əsaslandırıb ki, edilmiş xəbərdarlıqlar çox zaman lazımi nəticəni vermir. Hərçənd əvvəlki illərlə müqayisədə KİV-lər komissiyanın tövsiyələrinə hazırda daha həssas yanaşırlar.

Azərbaycan Mətbuat Şurasının ədəbi dilin pozulması hallarının müəyyənləşdirilməsi üçün yaratdığı monitorinq qrupunun üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının baş müəllimi Bəhram Məmmədov çıxışında MŞ-nin müxtəlif illərdə apardığı monitorinqlərin nəticələrindən söz açıb. O bildirib ki, mediada əsasən üslub pozuntularına yol verilir. Elə təəssürat formalaşır ki, hansısa mətni yazmış şəxsin ümumiyyətlə adi savadı belə yoxdur.

Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri – “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, “Bayraqdar.info” saytnın baş redaktoru Azər Həsrət, həmçinin şair, yazıçı-publisist Zakir Fəxri, tanınmış jurnalstlər - Bakı Media Mərkəzinin əməkdaşı Müsəllim Həsənov, İmran Bədirxanlı, Etibar Cəbrayıloğlu, yazıçı-publisist Akif Cabbarlı, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, “Yeni Azərbaycan” qəzetinin ədəbiyyat şöbəsinin redaktoru Gülüş Xəlilova, “Teleqraf.com” saytının redaktoru Qurban Yaquboğlu, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Sarvan Bəhluloğlu, Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza, Mətbuat Şurasının icraçı katibi Şəmsəddin Əliyev və başqaları müzakirə olunan mövzunun əhəmiyyətinə toxunaraq bildiriblər ki, Azərbaycan dilinin qorunması sahəsində həyata keçirilməkdə olan dövlət siyasətinə dəstək göstərilməlidir. Eyni zamanda mövcud istiqamətdə ictimai qınaq və məzəmmət tədbirləri artırılmalıdır. Ən əsası konkret nəticələrə gəlinməsi üçün müəyyən inzibati üsulların tətbiqinə də ehtiyac var. İctimai şüurda dil pozuntularına münasibətin digər qanun pozuntularına münasibət kimi qəbul edilməsinə nail olunmalıdır. Belə yanaşma dilimizin həm kənar təsirlərdən qorunmasına, həm də inkişafına şərait yaradacaqdır.

 


Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı