Avropanın ən iri yaxta tərsanəsinin sahibi Ülviyyə Əlizadə kimdir, kimin adamıdır? 80 milyon avro kapitalla işə başlayıb

Cəmiyyət 22:45 03.12.2021

Türkiyənin Muğla bölgəsinin Marmaris rayonunda, Bozburun məhəlləsində Avropanın ən iri yaxta tərsanəsini quran və ortaqları ilə neçə vaxtdır çəkişmə içərisində olan azərbaycanlı biznesvumen Ülviyyə Əlizadə (Hülya Əlizadə Kuçeruk) “varlılar üçün bahalı oyuncaq” biznesinə 2005-ci ildə 80 milyon avro yatırımla girib.

EDNews.net xəbər verir ki, o yaxta “Dream Ship Viktory” (“DSV Yatçılık”) tərsanəsini ukraynalı biznesmen Valeri Stepanenko ilə birlikdə qurub.

Xatırladaq ki, Ülviyyə Əlizadə biznesini böyütmək üçün investisiya ortaqlığı qurduğu “Marmaris Yapı İnşaat” adlı yerli şirkətin sahibləri ilə 4 ildir çəkişmə içərisindədir. Azərbaycanlı biznesvumen ortaqlarını şirkəti onun əlindən almaq cəhdlərində ittiham edir. “Marmaris Yapı İnşaat”ın sahibləri isə iddia edir ki, Əlizadə ortaqlıq müqaviləsinin şərtlərini pozub və onların yatırdığı investisiyanın əvəzində “DSV Yatçılık” tərsanəsinin nəzarət səhm paketini verməlidir.

Belə məlum olur ki, həmin yaxta tərsanəsini 2005-ci ildə Ülviyyə Əlizadənin israrları ilə Türkiyəyə gedən ukraynalı Valeri Stepanenko onunla ortaq şəkildə qurub. Tərsanə ilə yanaşı ərazidə yaxta limanı da yaradılıb. Bu limanda irili-xırdalı 300-ə yaxın yaxta lövbər sala bilir.  “DSV Yatçılık” tərsanəsində inşa edilən “Mixail Vorontsov” adlı 64.5 metrlik yelkənli-motorlu yaxta 2014-cü ildə Amsterdamda Dünya Superyaxta Müsabiqəsində jürinin özəl mükafatına layiq görülüb. Bunun ardınca şirkət 55 metr uzunluğunda və 10 metr enində “Princess Maria” adlı lüks yaxtanın inşasına başlayıb. 2014-cü ildə isə dünyanın ən iri yelkənli yaxtası olan “Dream Symphony” adlı 151 metrlik yaxtanın inşası üçün sifariş alıb, sifarişin dəyəri 300 milyon dollardır.

"Mixail Vorontsov"

Əslində dəbdəbəli yelkənli yaxtaların inşası ideyası Ülviyyə Əlizadənin ukraynalı ortağı Valeri Stepanenkoya məxsusdur. O deyir ki, hələ ötən əsrin 90-cı illərinin ortalarından dəbdəbəli yelkənli yaxtaların inşası ideyası üzərində düşünüb. Bu ideyanı həyata keçirmək fürsəti 2005-ci ildə yaranıb. 

Stepanenko taxta gövdəli gəmi inşaatı üzrə tarixi ənənələri qoruyub saxlamış və peşəkar ağac ustalarının olduğu Türkiyəni seçib. Bozburunda tərsanə qurulub və şirkətin ilk işi 2007-ci ildə “Mixail Vorontsov” yelkənli yaxtasının inşasına başlamaq olub. Yaxtanın inşası 2010-cu ildə tamamlanıb və o, dünyanın 5 ən dəbdəbəli yelkənli yaxtasından biridir.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı