Avropa İttifaqının maliyyə yardımı, UNICEF-in Azərbaycan Nümayəndəliyinin və ANAMA-ın dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən həyata keçirilən Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) layihəsi davam edir.
Layihə çərçivəsində 05 dekabr 2021-ci il tarixində Tərtər rayonunun Şıxarx kəndində və Şıxarx qəsəbəsində maarifləndirmə başlanılıb. Təlimatçılar proqram haqqında ətraflı məlumat verərək, təlim iştirakçılarının öz ətraflarındakı insanları bu proqramla tanış edərək onları maarifləndirmələrinin əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, layihədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyətindən söz açılıb.
Qeyd edək ki, mina, onun növləri, partlayıcı və partlamamış hərbi sursatlarla bağlı təhlükəsizlik qaydaları, insanların böyük qayıdış zamanı davranış qaydaları, minalar və partlamamış hərbi sursatlarla qarşılaşdıqları zaman nə etməli olduqları haqqında vacib qaydalar iştirakçıların nəzərinə çatdırılıb. Həmçinin, əhalinin minalanmış ərazilərlə bağlı maarifləndirilməsinin çox önəmli və əhəmiyyət kəsb edən məsələ olduğu xüsusilə vurğulanıb.
Adıçəkilən ərazilərdə keçirilən təlimlərdə 60-a yaxın uşaq, 50 nəfər kişi və 45 nəfər qadın olmaqla 155-ə yaxın sakin iştirak edib.
Təlimlərdə regional koordinatorlar Fariz Vəliyev, Vüqar Yusifli və BAMF-ın fəal üzvü Hüseynli Xəyyam iştirak edib.
Maarifləndirmə tədbirləri davam edir.