Koronavirusa son sutkada yoluxanların ənənəvi statistikası açıqlanıb - ednews.net

24 Yanvar, Bazar ertəsi

Koronavirusa son sutkada yoluxanların ənənəvi statistikası açıqlanıb

Cəmiyyət A- A A+

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1394 yeni yoluxma faktı qeydə alınıb, 1791 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan EDNews.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 596 388 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 564 577 nəfər müalicə olunaraq sağalıb, 7 967 nəfər vəfat edib, aktiv xəstə sayı 23 844 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 503, ötən müddət ərzində isə ümumilikdə 5 602 773 test aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...