Telman İsmayılovun daşınmaz əmlakına həbs qoyuldu - ednews.net

20 Yanvar, Cümə axşamı

Telman İsmayılovun daşınmaz əmlakına həbs qoyuldu

Cəmiyyət A- A A+

İsraildə azərbaycanlı biznesmen Telman İsmayılovun ailəsinin iki evinə həbs qoyulub.

EDNews.net “Kommersant”a istinadən xəbər verir ki, daşınmaz əmlakın qiyməti 3 milyon dollar olaraq qiymətləndirilib.

Təl-Əviv məhkəməsi BM-Bankın iddiası üzrə qərar qəbul edib.

Telman İsmayılovun özü Monteneqroda olduğundan bütün rəsmi proseslərin icrası bir qədər vaxt tələb edib. Sənədlər İsrail və Monteneqro arasında “gedib-gələrkən”, Telman İsmayılov daşınmaz əmlakı oğlu Ələkbər İsmayılova verib.

BM-Bank məhkəmə yolu ilə bu əmlakın barəsində həbs tədbirinin seçilməsinə nail olub. İndi proses İsmayılovun oğlu ilə davam etdiriləcək. Məhkəmə prosesi çərçivəsində BM-Bank Təl-Əvivdəki evlərin qanunsuz olaraq özgəninkiləşdirildiyini sübut etməyə çalışacaq.

Xatırladaq ki, Moskvadakı “Çerkizovski” bazarının keçmiş sahibi, əslən azərbaycanlı iş adamı T.İsmayılov Monteneqrodan siyasi sığınacaq alıb. Rusiya Baş Prokurorluğu Monteneqronun Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinə iş adamına sığınacaq verilməsi qərarının ləğvi üçün müraciət göndərib.

Modern.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...