Nəsimi rayonunda 4-cü mikrorayon dairəsi yaxınlığında yerləşən binaların birində yanğın baş verib.
EDNews.net-in hadisə yerinə olan əməkdaşının verdiyi məlumata görə, yanğın baş verən əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Həyata keçirilən xilasetmə işləri nəticəsində bina sakinlərinin bir qismi təxliyyə olunub.
Hələlik ən azı 3 sakinin xəsarət aldığı bildirilir. Yüngül xəsarət alan sakinlərə hadisə yerindəcə yardım edilib.
FHN əməkdaşları artıq yanğını qismən nəzarət altına almağa müvəffəq olublar. Yanğınsöndürmə və təxliyyə işləri davam edir.