Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə “Nizami” metro stansiyasının ətrafında narkotik aludəçisi olan yeniyetmə haqqında dövlət qurumlarına müraciət edib.
EDNews.net xəbər verir ki, bu barədə birliyin rəhbəri öz “Facebook” səhifəsində qeyd edib.
O, azyaşlıya yardım etmək üçün Daxili İşlər Nazirliyinə, Səhiyyə Nazirliyinə, Təhsil Nazirliyinə, Sosial Xidmətlər Agentliyinə, TƏBİB-ə və Ailə Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edib: “Dəfələrlə qaçan və ya qaçmağa şərait yaradılan həmin uşaqdır. Bu uşaq narkotik asılılığından psixi xəstəyə çevrilib. Heç olmasa onu ruhi-əsəb xəstəxanasına yerləşdirin! Bu uşaq Azərbaycan vətəndaşıdır”.