Ötən gündən şimal bölgəsində qarlı, şaxtalı hava qeydə alınmağa başlayıb.
EDNews.net xəbər verir ki, Quba və Qusar rayonlarında gecə saatlarından qar yağması müşahidə edilib.
Ən çox qar dağlıq yaşayış məntəqələrinə düşüb. Qusarın Ləzə kəndində qarın hündürlüyü 15 sm, Qubanın Xaltan kəndində 12 sm təşkil edib.
Ən çox şaxta da -6 dərəcə olmaqla Xaltanda qeydə alınıb.
Bölgədə qarlı-şaxtalı hava şəraiti davam edir.