Hazırda Şuşa şəhərində şəhid olan şəhid Tariyel Fəxrəddin oğlunun ailəsi üçün tikilən mənzilin açarları ailəyə təqdim edilir.
EDNews.net xəbər verir ki, mənzil Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilati və maddi dəstəyi ilə Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzinin ətrafında birləşən həmvətənlərimizin könüllü topladığı vəsait hesabına Ağcabədi rayonunun Minəxorlu kəndində inşa edilib. Tədbirdə bir çox siyasi və ictimai xadimlər, şəhid ailələri, ətraf rayonlardan qazilər və media nümayəndələri iştirak edir.
Tədbir Azərbaycan Dövlət Televiziyasında canlı yayımlanır.