Azərbaycanlı vəkil Babək Həmidov Facebook səhifəsində böyük müzakirələrə səbəb olan paylaşım edib. O, cütlüklərə yaddaqalan tarixdə boşanmaları üçün çağırış edib.
“Boşanma gününüzün 02.02.2022 və 22.02.2022 tarixinə olması üçün sifarişlər qəbul olunur. Rezervasiya üçün nömrəmi bilirsiniz. Yerlər məhdud deyil, hər kəsi boşayacaq qədər yerimiz var”,- deyə vəkil qeyd edib.
Vəkilin bu cür paylaşım etməsi sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlərə məruz qalıb.
Onlar qeyd ediblər ki, "doğrudur, demokratik cəmiyyətdə insanlar nəyisə və ya hansısa məkanı reklam etməkdə azaddırlar, ancaq bu cür sui-istifadə halları qəbuledilməzdir. Son zamanlar boşanma statistikasının yüksək olduğu və ailə dəyərlərinin nisbətən zəiflədiyi cəmiyyətimizdə belə bir reklama ad vermək olmaz".