Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilati və maddi dəstəyi ilə Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzinin ətrafında birləşən həmvətənlərimizin könüllü topladığı vəsait hesabına Ağcabədi rayonunun Minəxorlu kəndində Vətən Müharibəsi şəhidi Atayev Tariyel Fəxrəddin oğlunun ailəsi üçün tikilən mənzilin təqdimat mərasimi olub.
Tədbirdə ictimai-siyasi xadimlərlə yanaşı, qazilər, şəhid ailələrinin üzvləri və media nümayəndələri iştirak ediblər.
EDNews.net-in tədbirdən hazırladığı süjeti təqdim edirik: