Qəbələ-Moskva aviareysi açılıb - VİDEO - ednews.net

27 May, Cümə

(+994 50) 229-39-11

Qəbələ-Moskva aviareysi açılıb - VİDEO

Cəmiyyət A- A A+

Qəbələ şəhəri ilə Rusiyanın paytaxtı Moskva arasında yeni müntəzəm aviareys açılıb.

Bu barədə EDNews.net-ə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib.

Məlumata görə, qonşu ölkənin "Nordwind" aviaşirkəti 189 sərnişin oturacağı olan "Boeing 737-800" təyyarəsində Moskvanın Şeremetyevo Beynılxalq Hava Limanından Qəbələyə ilk reys yerinə yetirib. Uçuş 3 saat davam edib.

Müntəzəm reys həftədə bir dəfə - bazar günləri həyata keçiriləcək. Yerli vaxtla saat 4:10 dəqiqədə təyyarə Qəbələdə enəcək, saat 5:20 dəqiqədə Rusiya paytaxtına qayıtmaq üçün havaya qalxacaq.

"Bütün beynəlxalq norma və tələblərə cavab verən Qəbələ beynəlxalq hava limanı istənilən tip hava gəmisini qəbul etməyə qadirdir", - AZAL bəyan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...