Azərbaycanda gənc müəllim vəfat ETDİ - FOTOLAR - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Azərbaycanda gənc müəllim vəfat ETDİ - FOTOLAR

Cəmiyyət A- A A+

Naxçıvan Dövlət Universitetinin gənc müəllimi, 31 yaşlı İsmayıl İsmayıllı vəfat edib. 

EDNews.net xəbər verir ki, onun ötən gün axşam dəm qazından zəhərləndiyi və bu səbəbdən öldüyü bildirilir.

İ. İsmayıllı Ordubadın Nüsnüs kəndində anadan olub. O, ixtisasca memar olub və universitetin memarlıq fakültəsində müəllim işləyib. Gənc müəllim subay olub.

Qeyd edək ki, tanınmış jurnalist Cavid İsmayıl da İsmayıl İsmayıllı ilə bağlı məlumat paylaşıb:

"Əmim nəvəsi İsmayıl İsmayıllıni itirdik. O, Naxçıvan Dövlət Universitetinin müəllimi, istedadlı memar və rəssam, 2021-ci il Gənclər üçün Prezident mükafatçısı idi. Təxminən on il əvvəl böyrək çatışmazlığı problemi ilə üzləşmiş, atasının böyrəyi ona köçürülmüşdü. Biz onun toy xəbərini gözləyərkən ölüm xəbərini aldıq".

1

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...