“Pandemiyanın ən çox təsir etdiyi sahələrdən biri olmasına baxmayaq, 2021-ci il Dövlət Miqrasiya xidməti üçün dinamik il olub.
Bizim üçün göstərilən xidmətlərin təkmilləşdirilməsi vacib məsələ idi. Hazırda pandemiyada yumşalma tendensiyası müşahidə edirik. Amma yenə də elektron xidmətlər, fərdi yanaşma, səfirlik və konsulluqlarla sıx əlaqələr davam etdirilir”.
EDNews.net xəbər verir ki, bu sözləri hazırda Dövlət Miqrasiya Xidmətinin keçirdiyi brifinq zamanı qurumun rəisi Vüsal Hüseynov deyib. O, bildirib ki, qurum beynəlxalq təşkilatlar ilə əməkdaşlıq edir.
“Miqrasiya xidmətinin əsas fəaliyyət istiqamətlərindən biri də maarifləndirmə olub. 29 maarifləndirmə tədbiri keçirilib”.