Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev ARB24 kanalında “İş vaxtı” verilişinin qonağı olub.
Ednews xəbər verir ki, proqramda BAMF prezidenti insanların minalı ərazilərdə təhlükəsizlik qaydalarına düzgün riayət etmələri mövzusunda fikirlərini bölüşüb.
O bildirib ki, bu sahədə mütəmadi maarifləndirmə işləri aparılır. “Bu yaxınlarda Təhsil Nazirliyi, UNİCEF, ANAMA və iki qeyri hökümət təşkilatının dəstəyi ilə minalarla bağlı yeni maarifləndirmə layihəsinə start verdik. Məqsəd insanların mina ilə çirklənmiş ərazilərdə daha bilgili olmasıdır”.
Ətraflı videoda izləyə bilərsiniz: