Vətəndaşlığı olmayan azərbaycanlılar Qarabağa səfər edə biləcəklərmi? - RƏSMİ AÇIQLAMA - ednews.net

21 May, Şənbə

(+994 50) 229-39-11

Vətəndaşlığı olmayan azərbaycanlılar Qarabağa səfər edə biləcəklərmi? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət A- A A+

Xəbər verdiyimiz kimi yanvarın 24-dən Qarabağa müntəzəm avtobus reysləri açılacaq. Qaydalara əsasən səfərlər ancaq Azərbaycan vətəndaşlarına şamil olunacaq.

Bəs, ilkin mərhələdə xarici ölkə vətəndaşı olan azərbaycanlılar Qarabağa səfər edə biləcəklərmi?

Məsələ ilə bağlı Bakı Beynəlxalq Avtovağzalından Ednews-a bildirilib ki, ilkin mərhələdə vətəndaşlığı olmayan azərbaycanlılar bu səfərlərdə iştirak edə bilməyəcəklər. Verilən məlumata görə, bu şəxslərin Qarabağa səfərləri sonrakı mərhələlərdə həyata keçiriləcək.

Qeyd edək ki, “Yolumuz Qarabağadır” layihəsinin ilkin mərhələsində səfərlər ancaq Ağdam və Şuşa şəhərləri üçün nəzərdə tutulub.

Xatırladaq ki, azad edilmiş ərazilərə təşkil olunan avtobus reyslərinə biletləri yalnız “YolumuzQarabaga.az” portalı vasitəsilə onlayn şəkildə əldə etmək mümkündür.

Gülnar Səlimova

 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...