Vətən müharibəsində Ermənistanın törətdiyi cinayətlərlə bağlı xüsusi dinləmə keçiriləcək - ednews.net

28 May, Şənbə

(+994 50) 229-39-11

Vətən müharibəsində Ermənistanın törətdiyi cinayətlərlə bağlı xüsusi dinləmə keçiriləcək

Cəmiyyət A- A A+

Vətən müharibəsi dövründə Ermənistan tərəfindən törədilən cinayətlərlə bağlı Milli Məclisdə xüsusi dinləmə keçiriləcək.

Ednews-in əldə etdiyi məlumta görə, bu, parlamentin İnsan hüquqları komitəsinin 2022-ci il yaz sessiyasının işləri planında əksini tapıb.

Plana Vətən müharibəsi dövründə Ermənistan tərəfindən törədilən cinayətlərin, Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində Azərbaycan vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin və Azərbaycan dövlətinə dəymiş ziyanın beynəlxalq instansiyalarda müvafiq iddialar əsasında gerçəkləşdirilməsinin hüquqi mexanizmləri ilə bağlı Milli Məclsidə xüsusi dinləmənin keçirilməsi daxil edilib.

Qeyd edək ki, həmin məsələyə komitənin bu gün keçirilən iclasında baxılması və təsdiq edilməsi gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...