"Prokurorluq və daxili işlər orqanlarının qarşılıqlı və effektiv əməkdaşlığı nəticəsində ötən il qeydə alınmış 31 min 131 cinayətin 87,3 faizinin açılması təmin olunub".
Ednews-in xəbərinə görə, bu barədə Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirib.
O deyib ki, bu cinayətlərin 94,2 faizinin prokurorluq və daxili işlər orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib.