Məktəbdə müəllimin döyülmə səbəbi açıqlandı - YENİLƏNİB - ednews.net

27 May, Cümə

(+994 50) 229-39-11

Məktəbdə müəllimin döyülmə səbəbi açıqlandı - YENİLƏNİB

Cəmiyyət A- A A+

Bakıda məktəbdə müəllimi döyən şəxs tutulub.

Bu barədə Ednews-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 24-də sosial şəbəkələrdə məktəb müəlliminin bir nəfər naməlum şəxs tərəfindən döyülməsini əks etdirən video paylaşım edilib: "Həmin görüntülərlə bağlı polis tərəfindən aparılan təxirəsalınmaz araşdırmalar nəticəsində bu əməli 2000-ci il təvəllüdlü Fərid Əfəndizadənin törətməsi müəyyən olunub.

Fakt üzrə Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və keçirilən tədbirlərlə ictimai təhlükəli əməldə şübhəli bilinən F.Əfəndizadə tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq hərəkətləri davam etdirilir".

Qeyd edək ki, dünən yayılan videoda müəllimi döyən şəxs onu hazırlıq keçdiyi qızlara qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham edərək döyüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...