Bu gündən etibarən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında qış tətili günləri başlayır.
EDNews Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.
Belə ki, Nazirlər Kabinetinin "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti"nin təsdiq edilməsi haqqında 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarının müvafiq bəndlərinə əsasən, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 27-31 yanvar tarixlərində qış tətili günləridir.