“Şuşa ili” ilə bağlı Tədbirlər Planının bəzi detalları məlum olub - ednews.net

21 May, Şənbə

(+994 50) 229-39-11

“Şuşa ili” ilə bağlı Tədbirlər Planının bəzi detalları məlum olub

Cəmiyyət A- A A+

“Şuşa ili” ilə bağlı Tədbirlər Planı hazırlanır.

Ednews-in əldə etdiyi məlumata görə, Tədbirlər Planına əsasən Şuşadakı mədəniyyət abidələrinin, infrastukturun bərpası daxildir.

Həmçinin il ərzində Şuşada Azərbaycan mədəniyyətinin incisi olan muğamın, xalçaçılıq ənənələrinin dirçəldilməsi üçün işlər görüləcək. Bundan başqa, yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcək, konsert, festival və media-turlar təşkil ediləcək.

Tədbirlər Planına əsasən, Şuşanın daha yaxşı tanıdılması üçün filmlərin çəkilməsi də nəzərdə tutulub.

İl ərzində “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin təşkili, Üzeyir Hacıbəyli musiqi festivalının keçirilməsi planlaşdırılır. Xurşidbanu Natəvanın 190 illik yubileyi ilə əlaqədar Ədəbiyyat festivalının keçirilməsi də nəzərdə tutulub.

Tədbirlər Planının hazırlanmasının yaxın zamanlarda yekunlaşması və təsdiqlənməsi gözlənilir.

Qeyd edək ki, Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı sərənsamla 2022-ci il “Şuşa ili” elan edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...