Azərbaycanın yeni “Qırmızı Kitab”ına daha 279 növ heyvan daxil ediləcək

Cəmiyyət 17:59 27.01.2022

Azərbaycanın “Qırmızı Kitabı”nın III nəşrinə nadir, nəsli kəsilmək və təhlükə al­tında olmaqla, qorunmasına ehtiyac yaranan 279 növ heyvanın daxil edilməsi planlaşdırılır.

Ednews xəbər evrir ki, bu barədə AMEA Zoologiya İnstitutunun icraçı direktoru, biologiya elmləri doktoru, dosent Elşad Əhmədov məlumat verib.

O bildirib ki, bu növlər Oligochaeta - 1 növ, Hirudinea – 1 növ, Mollusca - 3 növ, Crustacea - 1 növ, İnsecta - 118 növ, Pieces - 11 növ, Amhpibia - 6 növ, Reptilia - 20 növ, Aves - 83 növ, Mammalia - 35 növdür: "Hazırda “Qırmızı Kitab"ın III nəşrinin nadir və nəsli kəsilməkdə olan fauna növlərinin tədqiqi üzrə Zoologiya İnstitutunun və İşçi qrupun mütəxəssisləri tərəfindən intensiv monitorinqlər aparılır”.

İcraçı direktor bildirib ki, monitorinqlər nəticəsində Azərbaycanın “Qırmızı Kitabı”nın III nəşrinə daxil edilməsi planlaşdırılan növlərdən bəzilərinə (Anax imperator, Calosoma sycophanta, Rhaesus serricolli), Bubopsis andromache, Utetheisa pulchella, Saga ephippigera) rast gəlinmiş, onların Azərbaycanda yayılma xəritələrinə yeni qeydiyyat nöqtələri əlavə edilib: "Növ mənsubiyyətinin dəqiqləşdirilməsi əvvəllər Azərbaycanda qeydə alındığı barədə məlumat verilən Rethera komarovi növünün Rethera drilion Rebel & Zerny, 1931 növü, Axiopoena maura Eichwald, 1830 növünün isə A.karelini Ménétriés, 1863 olduğu müəyyən edilmişdir. Buna görə də Qırmızı kitabın əvvəlki nəşrlərində Rethera komarovi adı altında verilən növ Rethera drilion Rebel & Zerny, 1931 kimi, Axiopoena maura Eichwald, 1830 növü isə A.karelini Ménétriés, 1863 adlandırılması təklif edilir".

Onun sözlərinə görə, cari ildə hidrobioloqlar tərəfindən Xəzər dənizinə, Lənkəran təbii vilayəti su hövzələrinə, eləcə də Kiçik Qızılağac körfəzinə yaz və yay aylarında ekspedisiyalar təşkil olunub. Ekspedisiyalar Xəzərin Azərbaycan sektorunu, Lənkəran təbii vilayətinin su hövzələrini və Kiçik Qızılağac körfəzini əhatə edib. Xəzər dənizində, o cümlədən daxili su hövzələrində molyusklar, xərçənglər və balıqlar üzərində monitorinqlər həyata keçirilib.

İcraçı direktor qeyd edib ki, hazırda tibb zəlisinin (H.orientalis) “Qırmızı Kitab”a daxil edilməsi istiqamətində işlər yekunlaşmaq üzrədir. “Qırmızı Kitab”ın II nəşrində yer alan Pilzov çay xərçəngi, Lənkəran anodontu və Muğan eyzeniyası haqqında toplanılan məlumatlar üzərində işlər davam etdirilir.

Elşad Əhmədov vurğulayıb ki, apardıqları müşahidələr, bu məqsədlə toplanan materialların analizi və Naxçıvan Muxtar Respublikasından toplanılan materiallara əsaslanaraq “Qırmızı Kitab”ın II nəşrində yer alan çay qızılxallısının (Salmo fario Linneus, 1758) və qızılı şirbitin (Zərdəpər) (Luciobarbus capito Güldenstädt,1773) geniş yayıldığını və çoxsaylı olmasını nəzərə alaraq onun “Qırmızı Kitab”ın növbəti nəşrinə tövsiyə edilməməsi və növbəti nəşrə 3 növ balığın - Kür siyənəyini (Alosa curensis Suworow,1907), Soyuqbulaq külməsini (Rutilus sojuchbulagi Abdurahmanov,1950) və mursa şirbitinin (Luciobarbus mursa Güldenstädt,1773) daxil edilməsi məsələsi araşdırılır: "Herpetoloqlar qrupu tərəfindən cari ildə Abşeron yarımadası, Lerik, Yardımlı, Lənkəran, Şamaxı, Qobustan, İsmayıllı, Tovuz, Qax, Şəki, Naxçıvan MR, Şahbuz, Culfa və Ordubad rayonlarına ekspedisiyalar təşkil edilib”.

İcraçı direktor tədqiqat ərazisindən “Qırmızı Kitab”ın növlərinə aid materialların toplandığını bildirib: "Xüsusilə qeyd etmək istəyirəm ki, 2021-ci ildə Lerik rayonu ərazisində Zolaqlı çılpaqgöz (Ablepharus bivittatus) və Xarabalıq aqaması (Trapelus ruderatus) növlərinin yeni yayılma sahələri aşkar edilib. Rast gəlinən növlərin ekoloji xüsusiyyətləri tədqiq olunub və biotopları təsvir edilib".

Elşad Əhmədov vurğulayıb ki, “Qırmızı Kitab” növlərinin öyrənilməsinə dair ornitoloqların Quba, Şabran, Xızı, Şamaxı rayonlarında iyul, avqust və sentyabr aylarında həyata keçirdikləri tədqiqat işləri nəticəsində 6 növün (imperator qartalı - Aegypius monachus, çöl muymulu - Falco naumanni, şahin qızılquş - Falco peregrinus, adi arıyeyən - Pernis apivorus, qaragöz qızılquş - Falco subbuteo, cırtdan qartal - Hieraetus pennatus), Qusar, Ağdaş, Göyçay, Qəbələ, Qobustan, Yardımlı, Daşkəsən rayonları ərazilərinə təşkil olunan ekspedisiyalar nəticəsində 4 növün (leşyeyən ağkərkəs - Neophron percnopterus, keçəl qarakərkəs - Aegypius monachus, saqqallı kərkəs - Gypaetus barbatus, ağbaş kərkəs - Gyps fulvus) sutkalıq fəallıqlarına, biotopla trofik əlaqələrinə, saylarına, limit amillərinə dair materiallar toplanıb:

"Terioloqlar tərəfindən tədqiqatlar isə Böyük Qafqaz ərazisində aparılmış, “Qırmızı Kitab”a daxil ediləcək Cırtdan ağdiş (Suncus etruscus), Kiçik köstəbək (Talpa levantis), Talpa talyschensi –(Hirkan köstəbəyi), Hind tirəndazı (Hystrix indica) Cırtdan siçan, (Micromys minitus), Qafqaz qar siçanı (Chionomys gud), Kiçik Asiya qar siçanı (Chionomys roberti), bəbir (Panthera pardus), vaşaq (Lynx lynx), Bezoar keçisi (Capra aegagrus), Asiya muflonu (Ovis orientalis) növləri haqqında materiallar toplanıb".

O əlavə edib ki, Azərbaycanın “Qırmızı Kitab”ının III nəşrinin hazırlanması məqsədilə Yarasalar dəstəsindən (Chiroptera) olan növlər üzrə məlumatları toplamaq üçün Azərbaycanın müxtəlif təbii vilayətlərinə ekspedisiyalar təşkil edilib: "Bu məqsədlə “Qırmızı Kitab”ın II nəşrinə daxil olan 12 yarasa növündən 8-i üzrə (Rhinolophus hipposideros - kiçik nalburun, Rh. mehelyi - eynəkli nalburun, Rh. ferrumequinum - böyük nalburun, Myotis blythii - itiqulaq gecə şəbpərəsi, M.emarginatus - üçrəng gecə şəbpərəsi, Barbastella caspica - Asiya enliqulağı, Eptesicus ognevi - səhra gönlücəsi, Miniopterus schreibersii - adi uzunqanadlı yarasa) materiallar toplanmış, original fotoşəkilləri çəkilmiş, məlumat bazası üçün səs qeydiyyatları xüsusi olaraq yazılmış, spektoqramları əldə edilib".

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram"
13:21 08.07.2025
Türkiyə Ukraynadan cavab gözləyir
13:06 08.07.2025
Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Hamısı