İpoteka krediti ilə ev almaq imkanı əldə edən jurnalistlər Onlar nə düşünür?

Cəmiyyət 10:42 10.02.2022
“Media haqqında” qanuna görə, jurnalistlər güzəştli kreditlə mənzil əldə etmək imkanını qazanıblar. Mövzu qələm əhli tərəfindən böyük müzakirələrə səbəb olub. Bir qisim insan jurnalistlərin orta aylıq məvacibinin güzəştli ipoteka kreditlərilə bağlı bank şərtlərinə cavab vermədiyini düşünür. Bu qanun və eləcə də güzəştli ipoteka kreditlərinin verilməsi barədə əksəriyyət müsbət fikirdə olsa da, ümidsiz danışanlar da var. Digər bir narazılıq uzun illər media sahəsində çalışan, son illər başqa sahədə fəaliyyət göstərən şəxslərin reyestrə daxil edilməyəcəyilə bağlıdır. Bəzilərinin fikrincə isə, bu müstəqil jurnalistikanın inkişafına kölgə sala bilər.
 
Bəs, əslində jurnalistlər nə düşünür?
 
Mövzu ilə bağlı ilk olaraq, "Medical Media" saytının redaktoru Ruzbeh Məmməd fikirlərini Ednews-ə bildirib.   
 
“Yadınızdadırsa, kirayə mənzillər məsələsində də hamı, o cümlədən, jurnalistlər sevinmişdi. Aylıq kiçik miqdarda ödəniş etməklə, guya ev almaq mümkün olacaqdı. Amma proses başlayanda bəlli oldu ki, ən azı gərək 800-1000 manat əməkhaqqı almalısan ki, o layihədən yararlanasan. Həmçinin şərtlər çox ağır idi. İndi bu xəbər də sevindirib. Ümid edək ki, bu qanun da digəri kimi üzüqara çıxmayacaq. Amma jurnalistlərin aldıqları maaş kifayət etmir ki, ipoteka ilə ev alıb ödəsinlər. Çünki aylıq ödəniş yaşamaq üçün lazım olan şəraiti heçə döndərir. Hər şey ölkədə bahadır. Ayrılan mənzillərin də qiyməti çox güman ki, 70-80 mindən yuxarı olacaq. Əlbəttə ki, "Jurnalistlər binası"nda olduğu kimi bundan da asanlıqla yararlananlar olacaq. Hər bir halda gözləyək, ümid edək ki, bu dəfə qələm əhli həqiqətən də sevinəcək. Amma açıqcası mənim ümidim yoxdur!”, - deyə o qeyd edib.
 
“Teleqraf” media qrupunun rəhbəri Aynur Camalqızı isə hesab edir ki, “Media haqqında” qanun ilə Azərbaycan jurnalistikasında yeni bir mərhələ başlayır.
 
“Hər bir jurnalist bunu iş həyatında da, məişətdə də, şəxsi həyatında çox ciddi şəkildə hiss edəcək. İlk növbədə media reyestrinin yaradılmasını çox yüksək qiymətləndirirəm. Çünki siz də bilirsiniz ki, Azərbaycanda indiyə qədər nə qədər media orqanının fəaliyyət göstərməsi, onun nə qədərinin print media, nə qədərinin onlayn media təşkil etməsi ilə bağlı əlimizdə konkret rəqəmlər olmayıb. Ümumiyyətlə, media sahəsinə aid informasiya bankı əlimizdə yoxdur. Hətta nə qədər jurnalist var, nə qədər insan vəsiqəsi daşıyır, bunun hansı ciddi, hansı reket mediasıdır bilinmir. O qədər ciddi şəkildə xaos, qarmaqarışıqlıq var ki, sözün açığı bundan hər birimiz çox ciddi şəkildə əziyyət çəkirik və düşünürəm ki, artıq media registrlərinin yaradılması ilə bu sahədə şəffaflıq yaranacaq. Bu da təbii ki hər birimizin fəaliyyətinə çox ciddi şəkildə təsir edəcək".
 
İpotekaya gəldikdə isə...
 
Aynur xanım deyir ki, jurnalistlərə ipoteka kreditlərinin verilməsi çoxdankı arzu idi. 
 
"Biz bunu illərdir müzakirə edirdik və dövlət rəhbərliyi tərəfindən jurnalistlərə qarşı bu addımın atılmasını səbirsizliklə gözləyirdik. Dövlət başçısı həmişə biz jurnalistlərə münasibətində həssas və diqqətli mövqe ortaya qoyub və jurnalistlərə güzəştli ipoteka kreditlərinin verilməsi həmin o həssas münasibətin və qayğıkeşliyin nəticəsidir. Bundan sonra jurnalistlər öz mənzil-məişət problemlərini həll edə, mənzil şəraitini yaxşılaşdıra biləcəklər. Mətbuat sahəsində çalışan hər kəsin ev almaq, mənzil şəraitini yaxşılaşdırmaq imkanı yoxdur, böyük əksəriyyəti kirayələrdə yaşayır, çox ciddi əziyyət çəkir. Bir qisim insanlarımız ailə qurmaq istəyir, amma mənzil probleminə görə ailə qura bilmirlər. Azərbaycan jurnalistləri bu məqama çox böyük diqqət göstərməlidirlər. Düşünürəm ki, bu jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılması və yaxud da onların üzərinə hər hansı bir yük qoyulması demək deyil. Yəni bu jurnalistlərin fəaliyyət istiqamətlərinə qətiyyən təsir göstərməyəcək. Sadəcə, bu vasitə onlara öz problemlərini həll etmək imkanı yaradacaq”.
 
Jurnalist Asif Nərimanlının sözlərinə görə, media nümayəndələrinə mənzillərin verilməsindən öncə də bu barədə təkliflər vardı.
 
“Onlara ipoteka krediti, yaxud ev tikmək üçün torpaq sahəsi təklif olunurdu. Sonra dövlət jurnalistlərə hədiyyə olaraq ev verilməsi üçün addım atdı. Lakin təcrübə göstərdi ki, bu hər kəsi əhatə edə bilməz və narazı qalanlar oldu. O baxımdan ipoteka krediti müsbət qiymətləndirilə bilər. Bəs, hazırki bank şəraitinə jurnalistlərin maaş və iş şəraiti uyğundurmu? “Media haqqında” qanunda jurnalist kimi fəaliyyət üçün 5 il, yaxud 15 il iş təcrübəsi tələb olunur. Amma bu rəsmi stajdırsa, Azərbaycanda nəinki mediada, bir çox digər sahələrdə uzun illər bu məsələ rəsmi olmayıb. Əmək haqqı rəsmi göstərilmir. Bu da təbii ki, bankın tələblərinə uyğun gəlməyəcək. İpoteka məsələsi həll olunsa bu həm də maaş və stajla bağlı problemin həllini stimullaşdıra bilər".
 
Məsələ ilə bağlı Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən jurnalistlər də güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaqlar.
 
“Bu dəyişiklik jurnalistlərə, müəllimlər və digər güzəştli sahələrdə çalışan peşə sahibləri kimi xüsusi qaydalarla ipoteka kreditlərindən faydalanmağa imkan verəcək. Media Reyestrinə daxil edilmiş və ən azı 5 il jurnalist işləyən gənc ailənin üzvü olan şəxs, eyni zamanda ən azı 15 il jurnalist işləyən şəxs də güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaq”.
 
Media reyestri ilə bağlı sualımıza S. Şəfiyeva cavabında qeyd edib ki, bura “Media haqqında” qanuna əsasən “jurnalist kimdir” tələbinə cavab verən şəxslər daxil ediləcək. Başqa sözlə, yalnız mütəmadi jurnalistika ilə məşğul olan şəxslər media reyestrinə daxil olacaq.  
 
Qeyd edək ki, 6 ay müddətində media reyestri yaradılacaq.
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:18 11.05.2024
Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb
15:15 11.05.2024
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
15:14 11.05.2024
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
15:14 11.05.2024
Azərbaycan lideri: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq - VİDEO
15:12 11.05.2024
Hamısı