"Qardaş Azərbaycanın "Dubay Ekspo"dakı təqdimatı iftixara səbəb oldu".
Ednews xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dubayda keçirilən "Expo-2020" sərgisində Azərbaycan pavilyonunu ziyarət edərkən deyib.
Xalq artisti Murad Dadaşov “Instagram” səhifəsində Ərdoğanın Azərbaycan pavilyonunun təqdimatından məmnun olduğunu, Alim Qasımov və Fərqanə Qasımovanın pavilyondakı canlı ifasından, "Sarı Gəlin” mahnısından təsirləndiyini yazıb.