Hindistandan Azərbaycana birbaşa uçuşların bərpası turistlərin axınına görə müəyyənləşəcək.
Ednews apa-ya istinadən xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı səfirliyinin birinci katibi Vinay Kumar deyib.
Onun sözlərinə görə, ölkələr arasında birbaşa aviareyslər pandemiya səbəbindən ləğv olunub.
“Hindistan vizaların verilməsinə artıq başlayıb. Bildiyiniz kimi, pandemiya səbəbindən ölkələr arasında uçuşlar dayandırılıb. Uçuşların bərpası turist axınına uyğun olaraq müəyyənləşdiriləcək”, - deyə V. Kumar qeyd edib. Xatırladaq ki, pandemiyadan öncə iki ölkə arasında Bakı-Dehli marşrutu üzrə birbaşa uçuşlar yerinə yetirilirdi.