Bakıda kafedə bıçaqlanma olub.
Ednews xəbər verir ki, hadisə paytaxtın Lökbatan qəsəbəsində yerləşən kafelərdən birində qeydə alınıb.
Orada yeyib-içən şəxslər arasında dava düşüb. Nəticədə 41 yaşlı Adil Çərkəz oğlu Quliyev bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Araşdırmalar nəticəsində onu bıçaqlayan şəxsin 27 yaşlı Şirvan Quliyev olması müəyyən edilib və saxlanılıb.