Qazaxda bıçaqlanma hadisəsi baş verib.
Ednews bizim.media-ya istinadən xəbər verir ki, rayonun Kosalar kəndində 1976-cı il təvəllüdlü Sevda Vəliyeva kürəkəni 1988-ci il təvəllüdlü Mahir Məmmədovla ailə münaqişəsi zəminində mübahisə edib.
M.Məmmədov qaynanası S.Vəliyevaya bıçaqla xəsarət yetirib. Hadisədən sonra Sevda Vəliyevanın oğlu, yeznəsi Mahir Məmmədova bıçaq zərbəsi vurub.
Qadın sağ sarğı nahiyyəsinin , kürəkən isə çanaq, sol bazu nahiyyəsinin kəsilmiş deşilmiş yaraları ilə xəstəxanaya yerləşdiriliblər. Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.