Xəbər verdiyimiz kimi bu gün təhsil nazirliyinin brifinqi keçirilib.
Ednews xəbər verir ki, nazir brifinqdə bağçalara işçi və şagird qəbulu ilə bağlı məsələlərə toxunub.
Belə ki, o, sentyabr ayı üçün qəbul onlayn şəkildə mərkəzləşdirilmiş qaydada olacağını bildirib.
Əmrullayev həmçinin vurğulayıb ki, şagirdlərin məktəbəqədər təhsil müəssisələrinə qəbulu yay aylarından başlanılacaq: “Bu isə əsaslı şəkildə xoşagəlməz halların aradan qaldırılmasına səbəb olacaq. Bu il bağçalara işə qəbulla bağlı vakansiyaların elan edilməsi və işə qəbul MİQ vasitəsilə olacaq. Bununla bağlı nümunəvi sual və sualların mahiyyəti ilə bağlı yaxın günlərdə, Novruzdan sonra açıqlama verəcəyik”.
Zeynəb Nadirova