Ukraynadan təxliyə edilən Azərbaycan vətəndaşları gün gecə saat 01:30-da qatarla Rumıniyaya gəliblər.
Ednews xəbər verir ki, məlumatı Rumıniyada yaşayan diaspor fəalı Vaqif Həsənov özünün “Facebook” hesabında yazıb.
“Hazırda azərbaycanılar Rumıniya tərəfinin ayırdığı müvəqqəti sığınacaqlarda yerləşdirilib. Çox qısa bir zamanda Azərbaycan Dövləti həmvətənlərimizi Vətənə yola salacaq”, - deyə o qeyd edib.