Bəllidir ki, bir neçə gün öncə Rusiyada istifadəçi kütləsi çox olan əsas sosial şəbəkələrə çıxışa qadağa qoyulub.
“Facebook” və “Twitter”in ardından ölkə ərazisindən “YouTube” videoservisinə giriş də məhdudlaşdırılıb.
Bu barədə “Nexta” məlumat yayıb.
Rusiyanın tənzimləyici orqanı olan "Roskomnadzor" sosial şəbəkələri ölkəyə yalan məlumatlar yaymaqda və onlara qarşı ayrı-seçkilikdə ittiham edib.
Bir müddət isə öncə Rusiyada “Youtube” videservisinə çıxışın məhdudlaşdırılması barədə məlumatlar yayılmışdı.
Lakin onlar öz təsdiqini tapmayıb. Bunu “Global Check” bildirib.
“Bəzi kanalların yayımladığı “YouTube”-un Rusiyada bloklanması xəbərini təsdiq etmirik. Xidmətimiz yenidən kiberhücuma məruz qalıb və qrafik yanlış məlumatları göstərə bilər. Zəhmət olmasa, bu məlumat əsasında nəticə çıxarmaqdan çəkinin”, - deyə paylaşımda qeyd edilib.
Zeynəb Nadirova