Mədəniyyət Nazirliyi tərəfindən "Şuşa ili" çərçivəsində “Shusha talks” (Şuşa söhbətləri”) adlı layihənin həyata keçirilməsinə başlanılıb.
Ednews xəbər verir ki, bu gün baş tutan təqdimat mərasimində Mədəniyyət naziri Anar Kərimov açılış nitqi ilə çıxış edib.
“Bu il həm də Şuşanın 270 illiyidir. Bu il çərçivəsində Şuşa ilə bağlı çoxsaylı tədbirlər keciriləcək. Dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyəti də qarşılıqlı prosesdə iştirak etməyə çalışır”. Nazir bildirib ki, bu söhbətlər hər ay keçiriləcək.
Qeyd edək ki, tədbirdə iştirak edən Mədəniyyət nazirliyinin mətbuat xidmətinin rəhbəri Məryəm Qafarzadə "Şuşa ili" çərçivəsində keçiriləcək "Şuşa söhbətləri"nə Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin cəlb ediləcəyini bildirib.
“Şuşanın zəngin mədəniyyətinin - musiqi, muğam, xalça sənətinin yüksək səviyyədə təbliğ edilməsi və ictimaiyyətə çatdırılması ilə bağlı çoxsaylı tədbirlərin görüləcək”, - deyə Məryəm Qafarzadə bildirib.