Bu gün 9 min 246 nəfər soydaşımız Ukraynadan təxliyyə edilib.
Ednews xəbər verir ki, bunu Baş nazir Əli Əsədov illik hesabatı Milli Məclisə təqdim edərkən bildirib.
Baş nazir bildirib ki, qonşu ölkələrdə baş verən hadisələr Azərbaycana da öz təsirini göstərir:
“Ukrayndan həmvətənlərimizin təxliyəssi və təhlükəsizliyi istiqamətində təxirəsalınmaz işlər görülür. Prezident İlham Əliyevin göstərişinə əsasən, bu istiqamətdə qabaqlayıcı tədbirlər görülür".
Qeyd edək ki, 9 min 246 nəfər soydaşımız Ukraynadan təxliyyə edilib.
Vüsalə Balayeva