Bakı-Quba yolunun bərpası üçün müəyyən vəsait ayrılsın.
Ednews xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Vahid Əhmədov Baş nazir Əli Əsədova ünvanlayaraq bildirib.
“Ümumiyyətlə, hesabat zamanı regionlarla bağlı məsələlərə indiyə qədər çox da toxunmamışam. Amma sizin bu gün iclasda iştirakınızı fürsət bilərək, demək istəyirəm ki, Bakı-Quba yolu bərbad vəziyyətdədir. Bildiyiniz kimi, Quba, Xaçmaz, Qusar turistik zonalardır. Mən aidiyyatı qurumlarla bu barədə əlaqə yaratmışam, lakin bildirirlər ki, alternativ yol çəkiləcək”.
Sonda deputat Baş nazirə müraciət edib:
“Mən sizdən xahiş edirəm ki, Bakı-Quba yolunun bərapası üçün müəyyən vəsait ayrılsın”.
Vüsalə Balayeva