Azərbaycanda 16 yaşlı qız 6 aylıq hamilədir.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yayıb.
Onun sözlərinə görə, yetkinlik yaşına çatmayan qız artıq iki dəfə ailənin razılığı olmadan evdən çıxıb gedib:
"Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Qızın xalası da bu barədə deyib. İlkin məlumatlarımıza görə, qız Gəncədən olan bir oğlanla münasibət qurub və qoşulub gedib. Lakin oğlan tərəfindən şiddətə məruz qaldığı üçün Bakıya xalasının yanına qayıdıb. Hazırda da qız xalasının yanındadır. Təxmini hamiləliyin 6-cı ayındadır. Məsələ ilə bağlı Suraxanı Rayon Polis İdarəsinə də informasiya verilib. Qızın qeydiyyat məsələsi həll olunmalıdır, hazırda ailəsindədir. Sənədləşmə işləri həll olunduqdan, həkim nəzarətinə götürüldükdən sonra onu sığınacağa qəbul edəcəyəm".