"ANAMA-nın əsasının qoyulmasının əsas səbəblərdən biri təhlükəli bölgələri minalardan təmizləməkdir".
Ednews xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov Bakıda keçirilən “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
"2020-ci ildə işğaldan azad edilmiş ərazilərin bərpa-quruculuğu üçün ANAMA-nın əsas prioritetlərindən biri mina təhlükəsizliyi sahəsində səmərəliliyi və effketlivliyi tez bir zamanda artırmaqdır. Bu, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən yenidənqurmanın vacib və geniş ölçülü ehtiyaclarına cavab vermək üçün mühüm əhəmiyyət kəsb edir. BMTİP hər zaman ANAMA-nın inkişafında mühüm rol oynayıb. ANAMA beynəlxalq proqramlarda ABŞ, Britaniya, Fransa, Avropa İttifaqı və digər ölkələrlə əməkdaşlıq edir. ABŞ Dövlət Departamentinin ANAMA-ya mina əleyhinə mübarizə aparmaq üçün dəstəyinin xüsusi önəmi var".