Üçüncü sinif şagirdi "dərsdən yayınma" adı ilə niyə məktəbdən çıxarıldı? Bozlu tam orta məktəbində direktor özbaşınalığı - EKSPERTDƏN AÇIQLAMA

Cəmiyyət 16:13 06.04.2022
3-cü sinif şagirdi Cəfərli Məryam valideynlərinə xəbərdarlıq etmədən Nərimanov rayonunda yerləşən Laçın rayonu Müseyid Müseyidov adına Bozlu tam orta məktəbindən qeyri-qanuni olaraq uzaqlaşdırılıb.
 
Bu barədə Ednews-a şikayətində şagirdin anası Zülfiyyə və atası Emil Cəfərovlar bildiriblər. Valideynlərin sözlərinə görə, 22.09.2011-ci il təvəllüdlü qızları 2018-ci ildə səhhətində yaranan astma xəstəliyi səbəbindən məktəbə gedə bilmir. Həmin vaxt o, Nərimanovda yerləşən Bozlu tam orta məktəbində qeydiyyatda olub. Onlar bildirirlər ki, Məryəm 2018- 2020-ci il-məktəb Nərimanovdan Pirallahıya köçürülənə qədər oranın şagirdi olub. Məktəb köçürüldükdə isə Cəfərli Məryəmin valideyni ilə əlaqə saxlaya bilməyən məktəbin direktoru Nuridə Əhmədova şagirdi “dərsdən yayınma” adıyla məktəbdən kənarlaşdırıb. Valideynlər isə direktorun sözlərini təkzib edərək,  bildiriblər ki, bu barədə nə onlarla əlaqə qurulub, nə də buna cəhd göstərilib. N.Əhmədova isə bütün səslənən iddiaları təkzib edib.
 
“2019-cu ilin oktyabrın 15-də mən Laçın rayonu Müseyid Müseyidov adına Bozlu tam orta məktəbinə direktor təyin olundum. Həmin vaxt isə məktəb Pirallahıya  köçürüldü. Təyinatımdan sonra Məryəm Cəfərli Nərimanov filialında təhsil alırdı. 2020-ci il mart ayında pandemiyayla əlaqədar dərslər dayandırıldı və sonrakı yarımilliyin qiymətləri də əvvəlkilərə görə yazıldı. Yəni həmin ərəfədə məktəblər bağlı idi. İkinci il tədris ili başlayanda isə biz Məryəmin valideyni ilə əlaqə yaratmaq istəsək də , bütün cəhdlərimiz boşa çıxdı. Ötən il də bu uşaq haqqında heç bir məlumat ala bilmədik. Telefonla əlaqə saxlamağa çalışdıq, hətta mən yazılı məktub da hazırladım ki, yaxınları valideyninə çatdırsın, amma bu da heç bir nəticə vermədi. Mən hətta o ailənin xarici ölkəyə köçməsi barədə də düşündüm.  Sonra isə Pedoqoji Şuranın qərarı ilə dərsdən yayınma səbəbilə Məryam Cəfərli məktəbdən kənarlaşdırıldı”.
 
Məsələ ilə bağlı Ednews-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda təhsil məcburidir və direktorun bu hərəkətini qanunsuz adlandırıb.   
 
“Hər bir təhsil müəsisəsi rəhbərinin borcudur ki, şəxsin təhsil almaq hüququnu təmin etsin. Bu direktorun birmənalı olaraq borcudur. Lakin burada direktorun bu cür neqativ halın baş verməsinə imkan yaratması böyük bir  biabırçılıqdır.  Şagird heç bir halda təhsildən yayındırıla bilməz. Bu qanun pozuntusudur. Valideynlərinin xəbərinin olub- olmaması faktor deyil, bütün hallarda məktəb öz öhdəliklərini yerinə yetirməlidir. Heç bir halda şagird məktəbdən kənarlaşdırıla bilməz. Hesab edirəm ki, burada ciddi direktor səhlənkarlığı var. Bunların da aradan qaldırlacağına inanıram”.
 
Ekspert bildirib ki, belə vəziyyətdə hətta direktor məsuliyyətə cəlb olunaraq işdən uzaqlaşdırıla bilər.
 
Burada əsas məsələ həmin şagirdin təhsili və psixoloji durumudur. Bir il sinifdə qalan Cəfərli Məryəm hazırda Qaradağ rayonu 166 nömrəli məktəbin üçüncü sinif şagirdidir. Əslində isə Məryəm dördüncü sinifdə təhsil almalı idi.  Məlumdur ki, belə hallarda yaşıdları ilə oxumadığına görə uşaqda psixoloji sarsıntılar yaranır. Bu halda yeganə çarənin imtahan verib yuxarı sinfə keçməkdə görən Kamran Əsədov bildirib ki, ümumumiyyətlə, bu şagird ibtidai sinifdə oxuduğu üçün sinifdə qala bilməz.
 
“Şagird ibtidai sinifdə oxuduğu zaman sinifdə qalma halları baş verə bilməz! İstər məktəbdən çıxsın, istərsə də yox. Bu ciddi pozuntudur. Valideyn narazılığı haqlı səbəblərdəndir. Şagirdlərdə belə olan halda sarsıntılar yaranır. Bu zaman isə şagirdin yeganə yolu,istedadlı uşaq kimi imtahan verib yuxarı sinfə keçə bilməsidir”.
 
Təhsil Nazirliyi isə...
 
Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov  Ednews-a  açıqlaması zamanı bildirib ki, şikayət üzrə Laçın Rayon Təhsil Şöbəsi tərəfindən araşdırılma aparılıb. 
 
 "Araşdırma zamanı M.Cəfərlinin 2020-2021-ci tədris ilində təhsildən yayındığı və məktəbin Pedaqoji Şurasının 15 sentyabr 2020-ci il tarixli, 9 nömrəli Qərarı ilə şagird kontingentindən çıxarıldığı məlum olub. Pandemiya səbəbindən tədrisin distant formada davam etməsinə baxmayaraq Məryəm Cəfərlinin dərslərə qoşulmadığı, bununla əlaqədar valideynlə əlaqə saxlanılmasının mümkün olmadığı bildirilib. Buna baxmayaraq, şagirdin I yarımildə dərslərdə iştirakı nəzərə alınaraq,  Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının “Ümumi təhsil pilləsində təhsil alanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydaları”na uyğun olaraq  I yarımilin qiymətlərinə əsasən M.Cəfərli III sinfə keçirilib. Lakin araşdırma zamanı M.Cəfərlinin 2020-2021-ci tədris ilində təhsildən yayındığı və məktəbin Pedaqoji Şurasının 15 sentyabr 2020-ci il tarixli, 9 nömrəli Qərarı ilə şagird kontingentindən çıxarıldığı məlum olub.
 
Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəblərinin Nümunəvi Nizamnaməsi”nin 4.17-ci bəndinə əsasən, ibtidai sinif şagirdlərinin təkrar sinifdə saxlanması üçün yeganə əsas uzunmüddətli xəstəlik, yaxud məktəbdən yayınma hesab edilir. Bu səbəbdən də şagird Məryəm Cəfərlinin təhsilini IV sinifdə davam etdirməsi mümkün deyil”. 
Qeyd edirik ki, hazırda Məryəm Cəfərli təhsilini Bakı şəhəri 166 nömrəli tam orta məktəbin III sinfində davam etdirir.
 
Sonda Cəfərli Məryamın valideynləri  bildiriblər ki, yaranan vəziyyətdən sonra qızlarında psixoloji pozğunluq  yarandığı üçün övladlarında olan astma xəstəliyi daha da kəskinləşib. Hazırda Zülfiyyə və Emil Cəfərovlar yaranan bu vəziyyətdə yalnız məktəb  direktorunu günahkar bilirlər. Elə bu səbəbdən də onlar məsələnin hüquqi müstəvidə həllini tapması üçün məhkəməyə müraciət etməyə hazırlaşırlar.
 
Ləman Abbaslı
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Sahibə Qafarova Özbəkistanda Asiya Qadın Forumunda iştirak edəcək
17:00 12.05.2024
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
16:40 12.05.2024
Rusiyanın bu ölkədəki səfiri öldü
16:20 12.05.2024
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
16:07 12.05.2024
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
16:00 12.05.2024
Gürcü bloqer Uça Abaşidze və xanımı həbs edilib
15:40 12.05.2024
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
15:20 12.05.2024
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
15:00 12.05.2024
Zaxarova “Eurovision” mahnı müsabiqəsini Qərbi Avropanın “cənazəsi” adlandırdı
14:40 12.05.2024
Ukrayna Belqorod şəhərinə zərbə endirdi: 4 ölü, 21 yaralı var
14:20 12.05.2024
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
14:00 12.05.2024
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
13:40 12.05.2024
Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə III oxunuşda baxılacaq
13:20 12.05.2024
Şalva Papuaşvili: Aİ və NATO-nun qapıları neçə illərdir üzümüzə bağlıdır
13:00 12.05.2024
Venesuela Qayana ilə mübahisəli ərazidə körpü tikir
12:40 12.05.2024
Ərdoğan və Miçotakis bir sıra sahələr üzrə əməkdaşlıq sazişləri imzalayacaqlar
12:20 12.05.2024
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
12:00 12.05.2024
Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:40 12.05.2024
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Aİ prezidenti: “İsrailin Rafah sakinlərinin təhlükəli ərazilərə köçürülməsi tələbi qəbuledilməzdir” - FOTO
10:20 12.05.2024
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
10:00 12.05.2024
Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb
09:40 12.05.2024
İngiltərə Premyer Liqası: "Çelsi" autsayderi məğlub edərək "Nyukasl"la xallarını bərabərləşdirib
09:20 12.05.2024
Ukrayna Silahlı Qüvvələri Xarkovun bir sıra mövqelərindən geri çəkildiyini açıqlayıb
09:00 12.05.2024
Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
Hamısı