“Onlar bizi mənzilimizə deyil, əcələ aparır" Ölüm saçan BAKI LİFTLƏRİ

Cəmiyyət 18:30 08.04.2022
Bir müddət öncə paytaxt restoranların birində baş verən lift qəzası bu mövzunu yenə gündəmə gətirib. Mütəmadi olaraq, yaşanan bu hadisələr insan həyatını təhlükəyə atır, hətta ölümlə də nəticələnir.
 
Çünki paytaxtda köhnə tikili binalarda istismara yararsız liftlər hələ də sakinlərin istifadəsindədir. Onlar sanki liftdən istifadə etdikdə mənzillərinə yox, əcəllərinə tərəf gedirlər. Sakinlər isə şikayətlərində bildirirlər ki, “Lifttəmir” İstehsalat Birliyi mövcud olan vəziyyətə diqqət etmir və buna məsuliyyətsiz yanaşırlar.
 
Ümumiyyətlə, ən təhlükəsiz nəqliyyat vasitəsi olan lifti təhlükəli edən nədir? 
 
Liftləri təhlükə potensiallı obyektlər siyahısına daxil edən təhlükəsizlik eksperti Elmar Nurəliyevin sözlərinə görə, problemlərin qarşısının alınması həlli yalnız müntəzəm olaraq yoxlanmaqda görür.
 
“İstifadə zamanı təhlükəsizlik qaydalarına çox ciddi riayət edilməlidir. Zəruri olan bütün texniki dövlət standartları, yanğın təhlükəsizliyi, fövqəladə, sanitar baxımından, ümumiyyətlə, baş verə biləcək qəzaların qarşısını almaq üçün onların quraşdırılması, təmiri dövlət və təhlükəsizlik standartlarına cavab verən sertifikartlaşdırılmış materiallardan istifadə edilməlidir. Liftlər müntəzəm olaraq yoxlanmalı, istismar müddəti bitmiş avadanlıqlar dəyişdirilməli və ya təmir edilməlidir. Liftlər hansı qurumun balansındadırsa, onlar bu qurğuların təhlükəsizliyini təmin etməlidirlər. Məsələn mənzil təsərrüfat birliyi, bələdiyyə, yerli icra nümayəndəliyi və s. Onlar qurumlar mütəmadi olaraq yoxlamaları həyata keçirirlər. Ancaq digər sahibkarlıq subyektlərində isə bir qədər fərqlidir. Restoran, kafe kimi şəxsi obyektlərdə  quraşdırılan liftlərə həmən obyektin icarədarları cavabdehdirlər. Həmən şəxsin də vəzifə öhdəliyi odur ki, liftin təhlükəsizlik istismarını təmin etsin. Bura nasazlıqdan  tutmuş,digər problemlər daxildir“.
 
Bəs, liftlərin istismarı prosesi necə tənzimlənməlidir ki, belə problemlərin sayı azalsın? Ekspertə ünvanladığımız suala o, belə cavab verib. 
 
Liftlərlə bağlı ümumi manitorinq keçirilsin…
 
“Reallığa baxsaq görərik ki, istismar müddətini başa vuran təhlükəli liftlət var ki,  istifadəyə tam yararsızdır.Ona görə mütləq bununla bağlı ümumi monitorinq keçirilsin. Hətta deyərdim ki, istifadəyə yarasız, insanların həyat və sağlamlığına təhükə yaradan liftlərin təmiri və yenilənməsindən başlanılsa daha məqsədəuyğun olar”. 
 
 
Məsələ ilə bağlı  problemlərə hansı qurumun baxdığı məlumdur. Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyindən Ednews-ə verilən məlumata görə, 2020-21-ci illərdə ayrılan vəsait hesabına istismar müddəti bitmiş 1200-ə yaxın lift yenilənib.
 
“Ölkə başçısının imzaladığı sərəncamın icrası ilə bağlı Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi tərəfindən Almaniyanın "Wittur Holding GMBH" şirkəti ilə müqavilə imzalanaraq 2020-ci ildə 581 ədəd yeni lift Bakıya gətirilərək quraşdırılıb. Həmin işlərin davamı olaraq 2021-ci ildə daha 625 liftin alınıb quraşdırılması təmin edilib. Alınan liftlərə xidmət göstərilməsi üçün mərkəzi dispetçer xidmət sistemi qurulub, onlar lazımı texniki avadanlıqlarla təchiz edilib və liftlərin göstəriciləri daim nəzarətdə saxlanılır. Yeni liftlər istismara verildikcə bu məntəqəyə qoşulur “.
 
Həmçinin qurumdan verilən məlumata görə liftlərə operativ xidmətin göstərilməsi üçün altı ədəd yeni avtonəqliyyat vasitəsi də alınıb. Bu proses qarşıdakı müddətdə də mərhələli şəkildə davam edəcək.
 
Lakin bina sakinləri lift təmiri və yenilənməsi üçün onlardan pul tələb olunduğu bildirirlər. Bu, demək olar ki, əksər köhnə binalarda yaşayan sakinlərin üzləşdikləri problemdir.
 
Qurum isə cavabında yayılan bu iddiaları təkzib edərək bildirib ki, yığılan vəsait liftlərin təmiri və yenilənməsi üçün deyil, cari xidmətlərə görə olduğunu bildirib.
 
“Əgər binanın lift təmir işləri bizim balansımızdadırsa, bu zaman mənzil sahibləri bunun üçün heç bir vəsait ödəmi ödəmir. Çünki bu prosesi biz həyata keçiririk. Amma bəzi mənzillər özəl şirkətlərə aid olduğu üçün orada bu xidmətlər ödənişli ola bilər”. 
 
Ləman Abbaslı
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Türkiyə Ukraynadan cavab gözləyir
13:06 08.07.2025
Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Hamısı