“Mina təhlükəsi ilə bağlı maarifləndirmə işi olmasa hər hansı qayıdışdan söhbət gedə bilıməz” Mina qurbanı və PSTM layihəsi koordinatoru Vidadi Məmmədzadə

Cəmiyyət 18:31 04.04.2022
4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günüdür. Dünyanın minadan ən çox əziyyət çəkən 10 ölkəsindən biri olan Azərbaycan mina problemi ilə davamlı mübarizə aparır.
 
Xatırladaq ki, Birinci Qarabağ müharibəsində 3000 nəfər, İkinci Qarabağ müharibəsində isə son il yarım müddətində 200 nəfər minanın qurbanı olub.
 
Mina qurbanlarından biri də I Qarabağ müharibə qazisi Vidadi Məmmədzadədir. O, 1992-ci ilin dekabrında torpaqlarımızı işğaldan müdafiə edən zaman keçmiş Ağdərə rayonunun Çıldıran kəndində piyada əleyhinə minaya düşüb. 
 
Qarabağ qazisi həmin il aprel aprelin 6-da könüllü olaraq 7 saylı hərbi hissənin tərkibində fəaliyyət göstərən Tərtər özünümüdafiə batalyonuna qoşulub, oradan Ağdərə polis batalyonuna köçürülüb. Mina faciəsi ilə üzləşənə kimi döyüş əməliyyatlarında iştirak edib. 
 
“1993-94-cü illərdə müalicə və müayinə üçün Silahlı Qüvvələrin Papanindəki Baş Klinik hospitalında yatdım. Hazırda bir ayağım demək olar ki, platindir. Kəllə beyin travması da almışam. 1996-97-ci ildən yeni yaranmaqda olan Azərbaycan minadan zərərçəkənlər Assosiasiyasında (AMZA) qeydiyyata alındım”.
 
Vidadi bəy buna görə bir neçə il cəmiyyətə inteqrasiya olunmaqda müəyyən çətinliklər çəkdiyini deyir:
 
“Həm səhhətim, həm də psixoloji durumum əvvəlki həyata qayıtmağa imkan vermirdi. Havada müəyyən dəyişiklik olanda ilk olaraq biz hiss edirik, bədənimdə dəhşətli ağrılar olur”. 
 
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən həyata keçirilən “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” (PSTM) layihəsini icra edən koordinatorlardan biri olan Vidadi Məmmədzadə qeyd edib ki, bu günlə əlaqədar sözügedən layihə çərçivəsinə Şıxarx qəsəbəsində qaçqın və məcburi köçkünlərin, şagird və tələbələrin maarifləndirilməsi ilə əlaqədar tədbir keçirilib.
 
 
O, həmçinin vurğulayıb ki, PSTM layihəsi keçmiş təmas xətti boyunca yerləşən 10 rayonda UNİCEF Avropa İttifaqı və ANAMA-nın dəstəyilə həyata keçirilir. BAMF bu rayonların 6-da - Tərtər, Bərdə, Goranboy, Füzuli, Daşkəsən və Göygöldə layihənin icraçısıdır: 
 
“Bu layihə 2021-ci ilin oktyabr ayından başlayıb. Ümumilikdə,  BAMF 60 min insana, ümumilikdə isə layihənin hədəfi 100 min vətəndaşa maarifləndirici məlumatların çatdırılması və təlimlərin keçirilməsidir”. 
 
Onun sözlərinə görə, BAMF uzun illərdir cəbhə bölgəsində xüsusilə də Tərtərdə böyük işlər görür və növbəti belə tədbir Bərdədə keçiriləcək: 
 
“Tərtərin keçmiş təmas xətti ilə əhatə olunan 7-8 km-lik ərazisi var. Bu yerin bir qismi Ağdərə qəsəbəsi və 8 kəndi hələ də işğal altındadır. Əgər bu rayonun 50 kilometrə yaxın ərazisi təmas xətti olubsa, orada basdırılmış mina sayını təsəvvür etmək çətin deyil.  
 
Tapqaraqoyunluda insanlar İncəçayın bir qolunu suvarma üçün gətirməkdə əziyyət çəkirdilər. Başda ANAMA olmaqla, bu  maarifləndirmədə hərbçilər və dövlətimiz diqqət göstərdi. Artıq insanların böyük bir kəsimi suvarmadan istifadə edə bilirlər. Bu da yaşayışı daha da yaxşılaşdırır. Məktəblərlə mütəmadi görüşlər keçirilir. Sorğu şəklində müsahibələr keçiririk. Dəfələrlə Daşkəsəndə, Goranboyda həm ictimaiyyət arasında, ağsaqqallar arasında görüşlərilərimiz keçirilir”. 
 
PSTM layihəsi koordinatoru qeyd edib ki, bugünkü günlə əlaqədar məktəblərdə tədbir keçirilib və suallara daha yaxşı cavab verənlərə hədiyyələr paylanıb.
 
 
“Öz əziyyətimizin bəhrəsini görmüşük, bu bizi çox sevindirir. PSTM layihəsi ilə bağlı müsbət nəticələr var. Bu maarifləndirmə işi olmasa, geniş şəkili əhatə etməsə hər hansı qayıdışdan söhbət gedə bilıməz. Təkcə Tərtər və Ağdam ərazisində 100 minlərlə basdırılmış mina var”. 
 
Vidadi Məmmədzadə həmçinin insanlarımıza çağırış edərək bildirib ki, bölgələrdə, təmas xəttində Füzuli, Tərtər, Naftalanda dövlətin ANAMA-nın xətti ilə müəyyənləşdirilmiş marşrutlardan kənara çıxılmasın, dövlətimizin qadağan etdiyi, müvafiq orqanların əmkdaşlarına məlumat vermədən gedilməsin. 
 
 
“Bu çox ciddi bir məsələdir. Yaxın dörd ay ərində Goranboydan iki gənc bu çağırışa baxmayaraq minaya düşdü, ayağı amputasiya olundu. Tərtərdə yol idarəsinin işçilərinin ikisi minadan zərər çəkdi, Ağdamda texnika minaya düşdü, texnikanın içindəkilər zərərçəkmiş hesab olunur. Bu bir başlanğıcdır. Düşünsək ki, bu 25-30 il davam edəcək, ərazilərimizdə bir milyona yaxın mina olduğunu nəzərə alsaq görün necə olacaq. İnsanlarımız yaxınları, uşaqları önündə bu çağırışı etsinlər ki, dövlətimizin qadağan olunan ərazilərinə icazə yoxdusa səfərlər edilməsin”. 
 
Məmmədzadə Vidadi Vəli oğlu 1972-ci il avqustun 30-da Tərtər rayonunda anadan olub. Leninqrad Dövlət Universitetinin Hüquq fakultəsini bitirib. Ulu öndər Heydər Əliyevin himayəsi altında təhsil alıb. Ailəlidir, dörd övladı var. 1994-cü ildən ictimai birliklərdə rəhbər vəzifələrdə çalışır. Hal-hazırda Azərbaycan Minadan Zərərçəkənlər Assosiasiyasının Tərtər Regional bölməsinin rəhbəridir.
 
Gülnar Səlimova
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Hamısı