Abşeron rayonunda 22 yaşlı gənc qızı avtomobil vurub.
Ednews xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, 2000-ci il təvəllüdlü Abbasova Nigara Baba qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sağ mil sümüyünün sınığı diaqnozu qoyulub. Fakt araşdırılır.