Azərbaycanda sayt rəhbəri saxlanıldı - FOTOLAR - ednews.net

24 May, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Azərbaycanda sayt rəhbəri saxlanıldı - FOTOLAR

Cəmiyyət A- A A+
Azərbaycanda sayt rəhbəri saxlanılıb.
 
Bu barədə Ednews-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev məlumat verib.
 
O bildirib ki, "cenub.az" xəbər portalının rəhbəri Zahir Əmənov hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilindiyi üçün tutulub.
 
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində (RPŞ) Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
 
İstintaq hərəkətləri davam etdirilir.
 
Qeyd edək ki, sosial şəbəkələrdə Z.Əmənovun Masallı Rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazisi üzrə nümayəndəsi İsrafil Əliyevdən hədə-qorxu yolu ilə pul alarkən RPŞ-nin əməkdaşları tərəfindən saxlanıldığı barədə məlumatlar yayılmışdı.
1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...