“Qazaxda öz doğulduğu evdə yığılır qohumlar bu gün. Bakıda Qazax İctimai Cəmiyyətinin kollektivi anam, bacısı uşaqları artıq atamın məzarını ziyarət ediblər”
Bunu Moderator.az-a açıqlamasında şəhid jurnalist Alı Mustafayevin oğlu Tural Mustafayev deyib. O, atasını gec-gec yuxuda gördüyünü deyib:
“Uzun müddət oldu atamı yuxuda görməyəli. Amma biz həmişə onun adını yaşatmaq üçün əlimizdən gələni edirik. Babamın adı Mustafa olub. Əmim oğlu da Mustafadır. O istədi ki eyni ad soyad olsun. Mustafayev Alı Mustafa oğlu. Yəni nəslimizdə atamın ad soyadını daşıyan var”-deyə Tural Mustafayev bildirib.
O, daha sonra sosial şəbəkə hesabına atasına xitab edərək bunları yazıb:
“İstədim söyləyim əlvida, dünyam,
Anam dayan dedi, el dayan dedi.
Ata, ancaq sən dayanmadın, naciz bədənin yoğrulduğun torpağa, ruhun isə haqqa yürüdü. Sən bu gün xoş xatirələr, cəsarətin və vətənə sevgin ilə arxanca rəhmət oxunaraq yad edilirsənsə, əsl ölümlə vidalaşmısan. Bugün əbədi var oluşunun 70-ci ilini qeyd edirik.
Allahın rəhməti üzərinə olsun. Qəlbimizdəsən”.