Bakıda, Tbilisi prospekti 76 ünvanında, “Qanun” nəşriyyatının binası yanında qumbara tapılıb.
Ednews xəbər verir ki, bu barədə nəşriyyatın direktoru Şahbaz Xuduoğlu məlumat paylaşıb.
Bildirib ki, binanın ətrafını təmizləyən fəhlə, xoşbəxtlikdən, beli qumbaraya toxundurmayıb:
“Şəkildən göründüyü kimi, qumbara istifadə olunmayıb, necə deyərlər, “sağlamdır”. Fövqəladə Hallar Nazirliyinə xəbər verdik, çox sağ olsunlar, dərhal gəldilər”.
Hadisə yerinə FHN əməkdaşları gəliblər.