Ukraynanın Mariupol şəhərində həlak olan Samux rayonunun Sərkar kənd sakini 45 yaşlı Məmmədov İlqar Girman oğlu dəfn edilib.
Ednews-un APA-ya istinadən xəbərinə görə, dəfn mərasimində mərhumun ailə üzvləri, kənd sakinləri və rayon icra hakimiyyətinin nümayəndələri iştirak edib. Əvvəlcə onun nəşi yaşadığı evə gətirilib, daha sonra kənd qəbiristanlığında torpağa tapşılırılıb.
Qeyd edək ki, İlqar Məmmədov martın 17-də Ukraynanın Mariupol şəhərində yaralıları digər sığınacağa evakuasiya edən zaman, əraziyə bomba düşməsi nəticəsində ağır qəlpə yarası alıb. O, elə hadisə yerində dünyasını dəyişib. Mərhum öncə Mariupolda dəfn edilib. Sonradan onun dəfn yeri müəyyən olunub. İlqar Məmmədovun 3 övladı var. Mərhumun ailə üzvlərinin də uzun zaman mühasirədə qaldığı bildirilir.