Həkim qastroenteroloq-dietoloq Elnarə Əliyeva vəfat edib.
Ednews xəbər verir ki, bu haqda onun yaxınları məlumat yayıb.
Bildirilib ki, o, ötən gün 37 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, mərhum özəl klinikalardan birində çalışırdı.