IGB kəmərinin istismara hazır olması üçün lazımi addımlar atılıb - ednews.net

25 May, Çərşənbə

(+994 50) 229-39-11

IGB kəmərinin istismara hazır olması üçün lazımi addımlar atılıb

Cəmiyyət A- A A+

Energetika naziri Pərviz Şahbazov paytaxt Sofiya şəhərində Bolqarıstanın Baş naziri Kiril Petkov ilə görüşüb. Görüşdə iki ölkə arasında Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər müzakirə edilib.

Ednews xəbər verir ki, energetika naziri regional və qlobal enerji təchizatının təmin olunmasında Cənub Qaz Dəhlizi kimi iri infrastruktur layihələrin əhəmiyyətinə diqqət çəkərək, ölkəmizin bundan sonra da bu istiqamətdə səylərini davam etdirməyə hazır olduğunu bildirib.

Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün zəruri addımlar haqqında danışan nazir, Azərbaycan təbii qazının növbəti onilliklərdə diversifikasiya və enerji keçidi prosesinə verəcəyi töhfələri qeyd edib.

Baş nazir Kiril Petkov isə Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan və Trans-Adriatik boru kəmərinə (TAP) qoşulacaq Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) layihəsinin icrası barədə danışaraq, boru kəmərinin kommersiya istismarına hazır olması üçün lazımi addımların atıldığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...