"Xoşbəxtlik" lotoreyasını qazanan cəmiyyətimiz nədə uduzur? Okeanın o tayında "Greencard"la "çəhrayı Amerika arzusu" axtaran azərbaycanlılar

Cəmiyyət 13:16 09.05.2022
Bu günlərdə ABŞ-da keçirilən "Greencard" lotoreyasının qaliblərinin adları bəlli olub. 
 
Greencard ABŞ-ın xarici vətəndaşlara ömürlük və müddətsiz verdiyi daimi vətəndaşlıq üçün hər il keçirilən lotereyadır. Şərtlərə görə, qaliblər qanuni şəkildə ABŞ-da yaşamaq, işləmək, oxumaq və daimi vizasız rejimdə ölkəyə giriş-çıxış hüququ əldə edirlər. 
 
Hər il Greencard vəsiqəsi qazananlar arasında istedadlı gənclərimizin sayı da az deyil. Bəs, ölkəmiz üçün savadlı və perspektivli gənclərin itirilməsi təhlükəli deyilmi?
 
Mövzu ilə bağlı hüquq müdafiəçisi Sahib Məmmədov Ednews-a açıqlaması zamanı bildirib ki, Greencard lotoreya kimi bir məsələ olsa da, əslində mahiyyət etibarilə beyinlərin, yaxud ABŞ maraqlarına xidmət edənlərin bu ölkəyə toplanmasına xidmət edir.
 
 
"Greencard dünyada savadlı insanları, beyinləri ölkəyə cəmləmək üçün ABŞ-da həyata keçirilən taktikadır. Amerikada da çəkinmədən yazırlar ki, ABŞ miqrantlara borcludur”, -deyə o qeyd edib. 
 
S. Məmmədovun sözlərinə görə, Azərbaycandan Greencard qaliblərinin sayı o qədər də çox deyil.
 
“1990 və 2000-ci illərin əvvəlinə qədər beyin axını daha sürətlə idi. İndi bir qədər səngiyib, amma demək olmaz ki, proses dayanıb. Hətta bizdə dövlət proqramları çərçivəsində xaricdə təhsil alan gənclərin də çoxu sonradan ölkəni tərk etməli oldular. Çünki Azərbaycanda əmək bazarında iş tapmaq çətindir. Bizdə əhali artımı dünya üzrə yüksək səviyyədə olmasına baxmayaraq, əmək bazarı insanları işlə təmin edə bilmir, yaxud əmək haqqı yüksək deyil. Bu baxımdan imkanı olanlar ölkəni tərk edirlər. Düzdür, bizdə şəffaf mexanizm var, dövlət qulluğuna qəbulda hətta xaricdə təhsil alanlara test imtahanı mərhələsini keçmədən yalnız müsahibədən keçməklə qəbul imkanı yaradılıb. Lakin qəbul olandan sonra dövlət orqanlarının hamısında karyeralarını qura bilmir, inkişaf edə bilmirlər. Yəni belə bir mexanizm olsa da, bu da kifayət etmir. Görünür gənclər siyasətində dəyişikliyə ehtiyac var. Gənclər üçün yüksəliş proqramı həyata keçirilsə də əhatə dairəsi geniş deyil. Onlara imkanların yaradılması üçün Startup və s. kimi müxtəlif proqramlar həyata keçirilməlidir”. 
 
Millət vəkili Razi Nurullayev isə bildirib ki, ölkədə iş yerləri azdır və gənclərin öz iş yerlərini qurmaq üçün dövlət tərəfindən yaradılan imkanlar da zəifdir. 
 
 
“Bu gün yüzlərlə gəncin məktublarını, yazılarını və statuslarını oxuyuram, onlarla gənci qəbul edirəm. Onların işə düzəlmək, biznes qurmaqla bağlı xahişləri olur, kreditin əlçatanlığı ilə bağlı sualları olur. Bu məsələlərlə köməkçi ola bilmirik. Bu beyin axını Azərbaycanın gələcəyi üçün təhlükəlidir. Onların burada iş qutmaq,  yaxşı əmək haqqı almaq imkanı olsa və bu qayğını üzərlərində hiss etsələr ölkəni tərk etməzlər. Ancaq bu gün yalnız seçilmiş gəncləri işlə təmin etmək olar. Bəlkə Qarabağda yeni şərait yaradılarsa o gəncləri yenidənqurulma işlərinə cəlb edə bilərik”.
 
Millət vəkili bildirib ki, o özü də Greencard üçün müraciət edib.
 
“Mən də özüm və ailə adımdan üç dəfə Greencard üçün müraciət etmişəm, amma bəxtimiz gətirməyib ya bəlkə də belə lazım idi. Hər kəsin nə zamansa ürəyindən ölkəni tərk etmək keçir. Ona görə yox ki, ölkəmizi sevmirik və ya pisdir. Sadəcə burada arzuları həyata keçirmək olmur, problemlər çoxdur və daha yaxşı yaşamaq övladları üçün daha yaxşı həyat təmin etmək arzusu ilə tərk edirlər”.   
 
Məsələ  ilə bağlı millət vəkili Fazil Mustafa bildirib ki, Azərbaycandan beyin axınına görə narahat olmağa dəyməz.
 
 
“İnsanlar özlərini reallaşdırmaq üçün əlverişli yer axtarır. Bizdə bəzən əlverişli mühit olmadığına görə uzaqlaşırlar. Bu məsələdə insanların daha yaxşı yaşayışı üçün çalışmaları əsas götürülür. Amerikada da belə imkanlar daha çoxdur. Dünyanın hər yerindən ora getmək üçün Greencard əldə etməyə çalışanlar var. Mən burada təhlükəli simptom görmürəm. Azərbaycanlıların ABŞ-da daha çox mövqe tutmasına şərait yaratmaq lazımdır. Necə ermənilər bunu edir, biz də etməliyik”. 
 
Millət vəkili həmçinin qeyd edib ki, ölkəmizdə insanların iqtisadi həyatda aktiv rol almaq imkanları məhduddur. 
 
“Azərbaycanda inhisarçılıq və imtiyazçılıq kifayət qədər yayğın hal alıb. Bunların altında xeyli insan duruş gətirə bilmir və özünü başqa ölkələrdə reallaşdırmağa çalışır. Bu da müəyyən dərəcədə anlaşılandır. Həmin insanlar birinci növbədə öz hüquqlarını, normal yaşamlarını düşünürlər və bunun qarşısını almaq mümkün deyil. Bunun üçün Azərbaycanda ideal şərait yaratmaq lazımdır ki, özlərini burda daha çox reallaşdırsınlar, o da mümkün deyil. Bir sıra hallarda da bu macəra axtaran, yeni bir həyata qayıtmaq istəyən insanların seçimidir. Bunun tənzimləmə yolu yoxdur və hansısa bir formada dayandırmaq, əlverişli şərtlər ortaya qoymaq mümkün deyil”.  
 
O, həmçinin əlavə edib ki, ABŞ-dan fərqli olaraq Rusiya bazarına gedənlərdən o qədər də ixtisaslaşma tələb olunmur və daha çox işçi kateqoriyasına aid insanlar gedir. ABŞ isə ixtisaslaşmış beyin insanını yığır ki, bu da onun texnoloji inkişafında rol oynayır.
 
Qeyd edək ki, Greencard sahibi, Amerika vətəndaşı ilə eyni hüquqlara malikdir. Bu proqramda seçimlər komputer vasitəsilə təsadüfi fomada aparılır və qalib gəlmək üçün xüsusi kriteriyalar yoxdur. Proqrama müraciət etmək üçün Orta məktəbi bitirmək kifayətdir.
 
Gülnar Səlimova
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:18 11.05.2024
Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb
15:15 11.05.2024
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
15:14 11.05.2024
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
15:14 11.05.2024
Azərbaycan lideri: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq - VİDEO
15:12 11.05.2024
Hamısı