“Ukraynada müharibə başlayandan bəri ölkəyə Azərbaycan vətəndaşları ilə yanaşı Ukrayna vətəndaşları da təxliyə edilib”.
Ednews xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Fəxri Xiyabanda jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, təxliyə çərçivəsində 4200-dən artıq Ukrayna vətəndaşı ölkəmizə gəlib. Ölkəmizdə olan Ukrayna vətəndaşlarının sayı 8247 civarındadır.
Qeyd edək ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı iki ay ərzində Ukraynadan qaçan sakinlərin sayının 5,2 milyona yaxınlaşdığını bildirib.