“Media savadlılığı jurnalistlər üçün” adlı bələdçi kitabın təqdimatı keçirildi

Cəmiyyət 15:55 11.05.2022
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) baş ofisində “Media savadlılığı jurnalistlər üçün” adlı layihə çərçivəsində nəşr olunan eyniadlı bələdçi kitabın təqdimatı keçirilib. 
 
Tədbirin əvvəlində BAMF-ın prezidenti Umud Mirzəyev giriş nitqi ilə çıxış edib.
 
Müəllif, Media və İnformasiya savadlılığı Mərkəzinin rəhbəri, AzTV Teleradio Akademiyasının prorektoru Almaz Mahmud çıxışı zamanı kitabın 7 istiqaməti əhatə etdiyini bildirib. 
 
 
“Jurnalistlərin peşəkarlığının artırılmasını nəzərdə tutan bu kitab Azərbaycan və ingilis dillərində tərtib edilib. Bu, yeni başlayan jurnalistlərdən tutmuş peşəkarlaradək hər kəsin yenilənən media şərtlərinə uyğun mariflənməsində bələdçi vəsaitdir. Bu layihə çərçivəsində yaradılan eyniadlı “Youtube” kanalında sözügedən 7 mövzuya dair hazırlanmış videotəlimlər yayımlanıb”, - deyə A. Mahmud qeyd edib. 
 
O, bildirib ki, kitabda beynəlxalq mənbələr araşdırılıb, müəllifin gəldiyi qənaət və həll yolları təqdim olunub.
 
“Eyni zamanda kitabda beynəlxalq və yerli media mütəxəssislərinin, jurnalistlərin yanaşmaları yer alıb. Onlar öz təcrübələrini bölüşməklə yanaşı, media savadlılığı çərçivəsində jurnalistlərin üzləşdiyi problemlərin həlli yollarını göstəriblər”.
 
Daha sonra yazar, jurnalist, kitabın redaktoru İlqar Rəsul, korrektor Ləman Nur, BDU-nun jurnalistika fakültəsinin Beynəlxalq Jurnalistika və İnformasiya Siyasəti kafedrasının müdiri Aynur Nəsirova, BDU-nun Yeni media və kommunikasiya kafedrasının müdiri Xatirə Hüseynova, DSMF-nin mətbuat katibi Rəşad Mehdili, Region Plus jurnalının baş redaktoru Namiq Mayılov çıxış ediblər. 
 
Tədbirdə yekun nitqi zamanı Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bildirib ki, ölkə olaraq media sahəsində dezinformasiyanın aradan qaldırılması üçün ötən 30 il ərzində çox böyük əziyyət görülüb.
 
 
“1992-ci ildə BAMF yarananda biz belə hallarla qarşılaşırdıq. Qarabağda ermənilər bir kəndi yandırmışdılar. Həmin axşam mətbuat kəndin "vəhşi azərbaycanlılar" tərəfindən yandırıldığı barədə dezinformasiya yaymışdı. O zaman bütün informasiyalar Kremlin filtrindən keçirdi. 1989-cu ilin noyabrında sonuncu azərbaycanlını Ermənistandan deportasiya etdilər, ancaq post-sovet məkanında bu haqda heç nə yazılmadı və bu səbəbdən indi də bunun əziyyətini çəkirik.
 
Düzgün informasiyanın zamanında yayılması obyektivliyi təmin edən əsas məsələdir. İndiki zamanda efirlərimizdə reket jurnalistikası formalaşıb və onlar çox güclüdürlər. Bu jurnalistlərin böyük bir hissəsi Azərbaycanın vicdanlı insanlarına ləkə yaxmaqla məşğuldur.
 
1992-ci ildə “Ədəbiyyat və İncəsənət” qəzetinində şöbə müdiri olaraq çalışırdım. BAMF münaqişə zonalarına jurnalistlərin səfərlərini təşkil edərək həmin yerdən obyektiv informasiyanın çatdırılması missiyası ilə yarandı. Biz 22 xarici jurnalistlə birgə xeyli işlər görmüşük. BAMF-ın vasitəçiliyi ilə “Sərhədsiz reportyorlar” və bir sıra təşkilatların kitablarının dərc edilib. Bu kitabın da cildlərini dərc etdirməkdə dəstək verməyə hazırıq",-deyə Umud Mirzəyev bildirib.  
 
Tədbirin sonunda kitabın imzalanma mərasimi keçirilib və iştirakçılara təqdimat kitabı hədiyyə edilib.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı