Xaçmazda bu tarixdə “Yaz festivalı” keçiriləcək - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Xaçmazda bu tarixdə “Yaz festivalı” keçiriləcək

Cəmiyyət A- A A+
Mayın 14-də, saat 11:00-da Kənd Təşərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ilk dəfə Xaçmaz rayonunda “Yaz festivalı” keçiriləcək.
 
Ednews nazirliyə istinadən xəbər verir ki, festivalda nazirlik rəsmiləri, alimlər, fermerlər, kənd təsərrüfatı istehsalı vasitələrinin satışı ilə məşğul olan sahibkarlar, müxtəlif şirkətlərin nümayəndələri, eləcə də yerli və xarici qonaqlar iştirak edəcəklər.
 
Festivalın keçirilməsində məqsəd müxtəlif kənd təsərrüfatı texnikaları, toxum, gübrə və ting istehsalçılarının öz məhsullarını nümayiş etdirməsi, fermerlərin bu məhsullara əlçatanlığının təmin edilməsi, fermer və sahibkarlar arasında işgüzar görüşlərin keçirilməsidir.
 
İştirakçıların rahatlığını təmin etmək məqsədilə ödənişsiz nəqliyyat vasitələri təşkil ediləcək və onlar xüsusi endirimli hotellərlə təmin ediləcək.
 
Festival çərçivəsində ölkə vətəndaşlarının həvəsləndirilməsi və istedadlarının inkişafına dair “Bahar” mövzusu üzrə əlavə olaraq dörd müsabiqə (Mən “Baharı çəkirəm” adlı yaradıcılıq müsabiqəsi, “Bahar gəldi” fotomüsabiqəsi“, “Bahar 22” müsabiqəsi “Nərd” çempionatı) keçiriləcək və yaxşıların ən yaxşısı seçiləcək. Hər müsabiqə üzrə qaliblər mükafatlandırılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...